Macarıstanın Baş naziri Viktor Orban Gürcüstan hökumətinin hərəkətlərini dəstəklədiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Orban jurnalistlərə açıqlamasında deyib.
Macarıstan lideri Gürcüstan məsələsində Avropa İttifaqı (Aİ) və əksər Aİ ölkələrinin rəhbərlərinin mövqeyindən fərqli şəkildə çıxış etdiyini qeyd edib.
“Gürcüstan gözəl ölkədir, onunla hər şey qaydasındadır. Gürcüstan hökuməti çox çətin şəraitdə suverenliyini və müstəqilliyini qoruyub saxlamağa çalışıb. Təəssüf ki, Avropanın bir çox liderləri Gürcüstan kimi bir ölkənin bütün sahələrdə suverenliyini qorumağın nə qədər çətin olduğunu başa düşmürlər”, – Orban söyləyib.