Xəbərlər

Orban: Macarıstan NATO-nun Ukraynadakı missiyasına qarşıdır

“Budapeşt NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin alyans üzvlərinin əksəriyyəti bunu dəstəklədiyi üçün prosesin qarşısını ala bilmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Hökumət başçısı qeyd edib ki, Macarıstan alyansın ərazisindən kənarda, ilk növbədə Ukraynada NATO-nun hərbi əməliyyatlarında iştirak etməyəcək.

“Lakin öz mövqeyini formalaşdıran Macarıstan vəziyyəti dəyişdirmək üçün imkan və gücə malik olmadığını etiraf etmək məcburiyyətində qaldı. NATO ölkələrinin əksəriyyəti bu həll yollarında israrlıdırlar”, – Orban əlavə edib.