Xəbərlər

Orban: Macarıstan Rusiya ilə sərhədə sahib olmağa maraqlı deyil

“Macarıstan hakimiyyəti Rusiya ilə sərhədi yaxınlaşdırmaqda maraqlı deyil, ölkələr arasında hansısa bir ölkə var olmalıdır. Bu, hazırda Ukraynadır”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

“Sual olunur ki, Rusiya sərhədi bizə yaxınlaşacaq, ya yox. Əgər indiki kimi davam edərsə, o zaman, təəssüf ki, vaxt bizim tərəfimizdə deyil. Axı bu sərhəd Rusiyanın hərbi uğurları sayəsində bizim istiqamətimizə yaxınlaşacaq və bu, bizim maraqlarımıza tamamilə ziddir”, – Orban qeyd edib.