“Qərb ölkələri Ukraynada müharibəni uduzur, amma dayandırmaq və uğursuzluqlarını etiraf etmək istəmir”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
“Onlar çətin vəziyyətdədirlər, uduzmuş müharibə aparırlar. Macarıstan təzyiqlərə baxmayaraq, bu müharibəyə cəlb olunmaq niyyətində deyil. Məsələ ondadır ki, Qərb ölkələri Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəmir və buna görə də Macarıstanın manevr etmək omkanlarının olub-olmaması məsələsi ədalətlidir”, – Orban deyib.
Onun fikrincə, Macarıstan öz prinsipial mövqeyi sayəsində iqtisadi sahədə “manevr imkanlarını” saxlayıb: “Soyuq Müharibənin qayıdışı pis fikirdir, lakin Rusiya-Ukrayna müharibəsinə bu cür reaksiya verən və artıq iqtisadi müharibə elan edən bir çox insan var”.