Xəbərlər

Orban: Qərbi Balkan ölkələri Aİ-yə daxil olmalıdır

“Qərbi Balkan dövlətləri Avropa İtiffaqına (Aİ) daxil olmalıdır, lakin digər namizədlərin qəbulu ilə bağlı icmada konsensus yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa Parlamentində çıxışı zamanı Macarıstanın Baş naziri Viktor Orban deyib.

Orbanın sözlərinə görə, Aİ-yə üzvlük üçün daha bir neçə namizəd icmanın üzvlük tələblərini yerinə yetirib, lakin onların Aİ-yə qəbulu ilə bağlı konsensus yoxdur.