Xəbərlər

Orban: Rusiya NATO-ya hədə-qorxu gəlmir, amma Ukraynada bufer zona olmalıdır

“Rusiya Ukraynanın NATO-ya daxil olmasına heç vaxt razı olmayacaq. NATO ölkələri Rusiyadan gələn hücumla hədələnmirlər. Lakin Ukraynada onların arasında bufer zona olsa, daha yaxşı olardı”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Macarıstan baş naziri siyasi xəritəyə baxmağı təklif edib və bildirib: “Ukrayna üçün Rusiyanın birbaşa qonşusu kimi ideal təhlükəsizlik zəmanəti bufer zonanın yaradılması olacaq. Çünki bu baş verməsə, ukraynalılar öz ölkələrini itirə bilərlər”.