Xəbərlər

Orban: Şərq yüksəlir, Qərb enir

“İqtisadi soyuq müharibəyə başlayan Qərb tezliklə qlobal iqtisadiyyata hakim olacaq Şərqdən kəskin şəkildə geri qalır”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “FİDES – Macarıstan Vətəndaş Birliyi” və “Xristian Demokratlar” partiyalarının fraksiyalarının Esterqonda milli parlamentin payız sessiyasının başlaması ilə bağlı keçirilən iclasında çıxışı zamanı deyib.

“İqtisadi nöqteyi-nəzərdən danışsaq, deyə bilərik ki, Şərq yüksəlir, Qərb isə ondan geri qalır. Ən çox 10 ildən sonra Şərq dünya iqtisadiyyatında birinci yeri tutacaq”, – Baş nazir bildirib.