Xəbərlər

Orban: Tramp və Aİ Ukraynadakı münaqişəni 24 saat ərzində bitirə bilər

“ABŞ prezident seçkilərində qələbə qazanması ehtimal olunan namizəd Donald Tramp və Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoya bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

“Tramp və Aİ istəsə, müharibə 24 saata bitər. Unutmaq olmaz ki, müharibəni insanlar aparır və eyni adamlar istəsələr, sülh bağlamaq üçün hər cür imkana malikdirlər. Düşünürəm ki, Tramp bir gündə Ukraynada atəşkəsə nail ola və sonra danışıqlara başlaya bilər”, – Macarıstanın baş naziri qeyd edib.

Orbanın fikrincə, Aİ-nin Ukrayna məsələsi üzrə strategiyası hətta taktiki baxımdan da uğursuzluqdur.

“Biz başa düşmürük ki, odla oynayırıq. Avropanın strateji maraqlarının nədən ibarət olduğunu özümüzdən soruşub atəşkəs tələb etməliyik. Vətəndaşlarımız müharibə deyil, sülh istəyir, bu, siyasi oyun ola bilməz”, – Orban əlavə edib.