Xəbərlər

Orban Trampla görüşəcək

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın keçmiş Prezidenti Donald Trampla görüşəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Ötən həftə Orban Ukraynadakı vəziyyətin nizamlanması yollarını müzakirə etmək üçün bir sıra səfərlər edib. İyulun 5-də o, Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə danışıb. Onlar sülh danışıqlarının başlanması üçün potensial şərtləri müzakirə ediblər.

Orban bundan üç gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib. Kiyev və Moskva səfərlərindən sonra Orban Pekinə gedib və Prezident Si Cinpinlə danışıb. O, sülhməramlı missiyasını davam etdirəcəyinə söz verib.