Xəbərlər

Orban Trampla görüşmək istəyir

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Ağ Evə qayıdışına ümid etdiyini, daha sonra onunla danışıqlar masası arxasına oturmağı və Ukraynadakı münaqişənin həlli yollarını tapmağı ümid etdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu Viktor Orban “Servus TV” kanalına müsahibəsində deyib.

“Biz bilirik ki, Donald Tramp ABŞ-da Prezident vəzifəsini icra edən zaman heç bir yerdə, heç kimlə müharibəyə başlamamışdı və harada müharibə baş verirdisə, onu mümkün qədər tez dayandırdı”, – Orban bildirib.