Xəbərlər

Orban Trampla telefonla danışıb

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla yenidən telefonla danışıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Orban Trampla söhbətin məzmununu açıqlamayıb.

Qeyd edək ki, onlar sonuncu dəfə noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi qalib gəldikdən sonra telefonla danışıblar.

Baş nazir seçki kampaniyası zamanı Trampı açıq şəkildə dəstəkləyib və onun Ağ Evə qayıdandan sonra Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olacağına əmin olduğunu bildirib.