Xəbərlər

Orban: Ukrayna artıq suveren dövlət deyil

“Ukrayna artıq suveren dövlət sayıla bilməz, çünki Kiyev Avropa İttifaqı (Aİ) və ABŞ-ın köməyindən asılıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban söyləyib.

“Ukrayna artıq suveren dövlət deyil, o, indi sadəcə Qərbin himayəsi altındadır, Aİ və ABŞ-ın pulu və silahı olmasaydı, Ukrayna bir dövlət olaraq çətin ki, yaşaya bilərdi”, – Orban bildirib.