Xəbərlər

Orban: Ukrayna Avropa İttifaqına üzv ola bilməz

“Avropa İttifaqı (Aİ) Ukraynanı üzv olaraq qəbul edə bilməz. Təkcə ona görə yox ki, Ukrayna buna hazır deyil, həm də ona görə ki bu, Rusiya ilə müharibə demək olardı”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

“Biz müharibəni dayandırmaq niyyətini görmədiyimiz kimi, gələcək müasir Ukrayna iqtisadiyyatının konturlarını da görmürük. Təsəvvür edin ki, Ukrayna bu gün Avropa İttifaqının üzvü oldu. Onda Avropa İttifaqı elə həmin gün Rusiya ilə müharibəyə başlayacaq”, – hökumət başçısı bildirib.