Xəbərlər

Orban: Ukrayna probleminin həllində Çin əsas ölkədir

Macarıstanın Baş naziri Viktor Orban Rusiya və Ukrayna arasında gələcək danışıqlar üçün şəraitin yaradılmasında Çinin əsas ölkə olduğunu düşünür.

“Füyuzat”ın məlumatına görə, bu barədə Orban özü bildirib.

Orban hazırda Çində səfərdədir. Çin Mərkəzi Televiziyasının məlumatına görə, o artıq Çin lideri Si Cinpinlə görüşüb.

İyulun 5-də Moskvada Orban və Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə ediblər. İyulun 2-də Macarıstanın Baş naziri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib.