Xəbərlər

Orban: Ukrayna Qərbsiz mövcud ola bilməz, lakin onu Aİ-yə qəbul etmək olmaz

“Ukrayna Qərb ölkələrinin dəstəyi olmadan bir gün də yaşaya bilməyəcək, lakin bu o demək deyil ki, o, Avropa İttifaqına (Aİ) qəbul edilməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Qərbin dəstəyi olmasaydı, Ukrayna Rusiya ilə müharibəyə başlaya bilməzdi. Ukraynalılar öz dövlətlərini dəstəkləmək iqtidarında deyillər”, – Orban əlavə edib.