Xəbərlər

Orban: Ursula fon der Leyen vəzifəsini tərk etməlidir

“Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen militarist fikirlərinə görə vəzifəsini tərk etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Polşanın hava məkanında yaşanan pilotsuz uçuş aparatları ilə bağlı insidentdən sonra AK rəhbəri sanki müharibə tərəfdarı kimi sərt siyasi çıxış edib. Çıxışda Ukrayna sözü 35 dəfə xatırlanıb və Brüssel xəttini izləməkdən imtina edən hər kəsə Aİ-nin maliyyəsini kəsmək təhdidləri edilib. Von der Leyen vəzifəsini tərk etməlidir. İstəsək də, istəməsək də bu dəyişikliklər gözlənilir”, – Orban əlavə edib.