“Ukrayna Prezidenti Volodimir Zelenskinin irəli sürdüyü qələbə planı onun məğlubiyyətinə gətirib çıxaracaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
“Ukrayna lideri öz hərbi planını Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində təqdim edib, onun iştirakçılarının əksəriyyəti hələ də Ukraynada hərbi münaqişənin davam etdirilməsini istəyir. Aİ artıq Ukrayna ilə birlikdə uduzur. Məğlub olanlar indi qələbə planına keçmək istəyirlər. Ancaq biz bu planda iştirak etmirik”, – Orban vurğulayıb.