ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Ukrayna lideri Volodimir Zelenskinin təklif etdiyi münaqişəyə son qoymaq planını dəstəkləyib-dəstəkləmədiyinə aydınlıq gətirməkdən imtina edib.
“Füyuzat”ın məlumatına görə, Ostin Brüsseldə NATO-ya üzv ölkələrin nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında müvafiq suala belə cavab verib:
“Mən onun planına ictimai qiymət vermək iqtidarında deyiləm”.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Kiyevə hərbi dəstək vermək üçün əlindən gələni edəcək. Ostin əlavə edib ki, cümə günü Ukraynanın müdafiə naziri Rüstəm Umerov ilə ikitərəfli görüş keçirib.
Ostinin sözlərinə görə, Birləşmiş Ştatlar 2,5 ildir ki, Ukraynaya əhəmiyyətli dəstək verir: “Biz bu dəstəyi davam etdirəcəyik”.