Xəbərlər

Özbəkistan Almaniya ilə müqavilə imzalayıb

Özbəkistan Prezidenti Şavkat Mirziyayev və Almaniya kansleri Olaf Şolts miqrasiya ilə bağlı saziş imzalayıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, miqrasiya sazişi xüsusilə səhiyyə sahəsində ixtisaslı işçilərin Almaniyaya daxil olması prosedurunu sadələşdirmək, həmçinin Almaniyada qalmaq hüququ olmayan özbəklərin repatriasiyası üçün nəzərdə tutulub.