Xəbərlər

Özbəkistan Prezidentinin Qazaxıstana səfəri zamanı 15 sənəd imzalanıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Astanaya dövlət səfəri zamanı Qazaxıstan və Özbəkistan hakimiyyəti 15 sənəd imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan lideri Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, iki dövlət arasında iqtisadiyyat, siyasət və mədəniyyət sahəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.