Xəbərlər

Özbəkistan XİN: Daşkənd və Moskva birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəklər

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Özbəkistana səfəri zamanı birgə layihələrin həyata keçirilməsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayrılması planlaşdırılır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistan Respublikasının xarici siyasət idarəsi məlumat yayıb.

“Danışıqlar zamanı ikitərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məsələlərinə, xüsusilə birgə layihələrin həyata keçirilməsinə və bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır”, – məlumatda qeyd olunub.