Xəbərlər

Özbəkistan XİN rəhbəri Lavrovla əsaslı danışıqlar aparmağı planlaşdırır

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Səmərqəndə səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Bəxtiyor Saidov teleqram kanalında bildirib.

“Biz Lavrovu Səmərqənddə salamlamağa şadıq. İkitərəfli və çoxtərəfli gündəliyin geniş spektrini əhatə edən mənalı və əsaslı danışıqlar aparmağı planlaşdırırıq, Özbəkistan və Rusiya arasında xalqlarımızın rifahı naminə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirik”, – o qeyd edib.