Xəbərlər

Özbəkistanda MDB Gənclər Şurasının iclası keçirilib

Daşkənddə MDB Gənclər Şurasının iclası keçirilib. Burada Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan nümayəndələr iştirak ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın Özbəkistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Görüş zamanı iştirakçılar MDB ölkələrinin gənclərinin beynəlxalq əməkdaşlığı strategiyasının həyata keçirilməsi üzrə 2023-2024-cü illər üçün Tədbirlər Planının və 2024-cü ildə MDB-də Könüllülük Hərəkatı İli keçirilməsinə dair Tədbirlər Planının icra vəziyyətini müzakirə ediblər”, – məlumatda bildirilib.

Məlumata görə, Şuranın iclasında həmçinin cari ilin martın 1-7-də Soçidə keçirilmiş Ümumdünya Gənclər Festivalında Birlik dövlətlərinin nümayəndə heyətlərinin iştirakının yekunlarına baxılıb və bu ilin martında Daşkənddə MDB Gənclər Paytaxtı layihəsinin həyata keçirilməsi müzakirə olunub.