Xəbərlər

Özbəkistanda QHT sahəsində təsis edilən ilk xarici medal azərbaycanlıya verildi

Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi “Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə” döş nişanının verildiyi ilk xarici ölkə nümayəndəsi Azərbaycandan olub.

“Füyuzat”ın məlumatına görə, 2024-cü il dekabrın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bu döş nişanı ilə təltif olunub.