Xəbərlər

Pakistan 6 ölkənin parlament sədrlərinin görüşünün Rusiyada keçirilməsini təklif edib

Pakistan 6 dövlətin parlament sədrlərinin terrorizmlə mübarizə və regional əməkdaşlığın gücləndirilməsi üzrə növbəti konfransının Rusiya Federasiyasında keçirilməsini təklif edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq TASS-a müsahibəsində deyib.

Spiker 2017-ci ilin dekabrında Əfqanıstan, İran, Çin, Rusiya, Pakistan və Türkiyənin iştirakı ilə Pakistanda parlament rəhbərlərinin ilk konfransının keçirildiyini xatırladıb.

“Məhz orada biz müxtəlif məsələlərlə bağlı sazişlər imzaladıq. Bizim əsas məqsədimiz regionda terrorla necə mübarizə aparmaq, təhlükəsizliyi təmin etmək və bir çox başqa məsələlərlə bağlı qərarlar vermək idi. Və nəhayət, 2017-ci ildə hər kəs masa arxasında danışıqlar apardı. Bu format 2018-ci ildə və 2019-cu ildə Türkiyə və İranda davam etdi. Mən də dəvət almışdım, amma bu zaman məclisdə spiker yox, üzv idim. Məni ora yenidən iranlı həmkarım, sonra isə bu konfransın sədri kimi türkiyəli spiker dəvət etdi. Mən həmkarım Volodindən bunu davam etdirməsini xahiş edəcəyəm, çünki indi burada hamını parlament sədrlərinin dördüncü konfransı üçün Rusiyaya dəvət etmək növbəsidir. Rusiya Duması ilə müəyyən razılaşmaları yekunlaşdırmaq prosesindəyik”, – Ayaz Sadiq əlavə edib.