Xəbərlər

Pakistan: ABŞ ilə münasibətlərə əhəmiyyət veririk

“Pakistan ABŞ ilə münasibətlərinə əhəmiyyət verir və iki ölkə arasında enerji ilə yanaşı digər sahələrdə əməkdaşlığı alqışlayır”.

“Füyuzat”ın məlumatına görə, bunu Pakistanın baş naziri Şahbaz Şərif bildirib.

“Pakistan Cənubi Asiyada qlobal sülhün, təhlükəsizliyin, inkişafın və rifahın təmin edilməsi kimi ümumi məqsədə nail olmaq üçün Birləşmiş Ştatlar ilə birgə işləməyə sadiqdir”, – Şərif söyləyib.

“Pakistan və ABŞ enerji sahəsində, iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə, kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində mühüm təşəbbüslərin həyata keçirilməsində uğurla əməkdaşlıq edirlər”, – baş nazir qeyd edib.