Xəbərlər

Pakistan BMT-də İsrailə qarşı sanksiyalar tələb edib

Pakistanın Baş naziri Şahbaz Şərif BMT Təhlükəsizlik Şurasını İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Geo” telekanalı məlumat yayıb.

“Biz İsraili Qəzzada soyqırımı dayandırmağa və onun Yaxın Şərqdə daha böyük bir münaqişəyə səbəb olmaq cəhdlərinin qarşısını almağa məcbur etməliyik”, – Baş nazir bildirib.

O həmçinin Ukraynada atəşkəs və sülh nizamlanması üçün qərəzsiz planın hazırlanmasına çağırıb.

“Yaxın Şərq, Avropa və digər regionlarda münaqişələrin intensivliyinin artması, böyük dövlətlər arasında gərginlik və artan yoxsulluq qlobal hüquqi nizamın əsaslarını təhdid edir. Keçən bazar günü biz gələcək üçün paktı təsdiq etdik. Öhdəliklərimizi yerinə yetirməliyik, əks halda gələcək qaranlıq və təhlükəli olacaq”, – Şərif əlavə edib.