“Pakistan ABŞ-la münasibətlərin yaxşılaşdırılması naminə Çinlə əlaqələrini qurban vermək niyyətində deyil”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mümtaz Zəhra Bəluç bildirib.
“Biz Vaşinqtonla konstruktiv qarşılıqlı əlaqəni səbirsizliklə gözləyirik. Pakistan bu əlaqələri suveren bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında inkişaf etdirmək istəyir”, – XİN-nin sözçüsü vurğulayıb.