Xəbərlər

Pakistan Əfqanıstana terrorçu qruplar haqqında məlumat verib

Pakistan Əfqanıstanın müvəqqəti hökumətinə ölkədə yerləşən terror qruplaşmaları haqqında kəşfiyyat məlumatlarını təqdim edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç bildirib.

“Biz Kabilə Əfqanıstan ərazisində yerləşən terrorçu qruplaşmalar haqqında kəşfiyyat məlumatlarımızı göndərmişik və bu məsələ ilə bağlı Əfqanıstan rəsmiləri ilə daim əlaqə saxlayırıq”, – Bəluç söyləyib.