Xəbərlər

Pakistan: Hindistandakı terror hadisəsi ilə əlaqəmiz yoxdur

“Hindistan hakimiyyəti “Ləşkər-e-Taibə” radikal qruplaşmasının terrorçuları ilə Pakistan arasında əlaqəyə dair heç bir sübut təqdim etməyib. Yeni Dehli bölgədəki sabitliyi pozmaq üçün terror hücumundan istifadə edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif müsahibəsində deyib.

“Hindistan hakimiyyəti Pakistanı nədəsə sadəcə ittiham etmək üçün heç bir sübut təqdim etməyib. Bizim terror hadisəsi ilə heç bir əlaqəmiz yoxdur”, – nazir qeyd edib.