Pakistan Hindistan Ali Komissarlığının İslam Respublikasındakı müdafiə, dəniz və hava qüvvələri üzrə müşavirlərini persona non qrata elan edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan Baş Naziri Katibliyinin mətbuat xidmətinin ölkənin Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair yaydığı press-relizdə deyilir.
“Pakistan İslamabaddakı Hindistan Müdafiə, Dəniz və Hava Məsləhətçilərini persona non qrata elan edir. Onlara dərhal, lakin 30 aprel 2025-ci il tarixindən gec olmayaraq Pakistanı tərk etməyə göstəriş verilib. Hindistan Ali Komissiyasındakı bu vəzifələr ləğv edilmiş sayılır. Bu məsləhətçilərin dəstək heyəti də Hindistana qayıtmalıdır”, – açıqlamada deyilir.
Bundan əlavə, Pakistan Şurası Hindistanın diplomatik missiyasının sayını 30 nəfərə endirmək qərarına gəlib.



