Pakistan üçüncü Hind-Pakistan müharibəsindən sonrakı müqavilə də daxil olmaqla Hindistanla bütün ikitərəfli müqavilələri dayandırır.
“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı Pakistanın Milli Təhlükəsizlik Şurasının iclasının yekunu üzrə Pakistan Baş Nazirinin Katibliyinin mətbuat xidmətinin press-relizində bildirilib.
“Hindistanın beynəlxalq konvensiyalara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq öhdəliklərə məhəl qoymamaqla bağlı ehtiyatsız və məsuliyyətsiz davranışını əsas götürərək, Hindistanın Pakistan daxilində terrorizmi, transmilli qətlləri dayandırması və beynəlxalq qaydalara və qanunlara əməl etməsi anına qədər Hindistanla bütün ikitərəfli müqavilələri dayandırmaq hüququndan istifadə etməlidir”, – məlumatda qeyd edilib.



