Xəbərlər

Pakistan İsrailin Yaxın Şərqdəki hərəkətlərini pisləyib

Pakistan tərəfi İsrailin Yaxın Şərq regionundakı hərəkətlərini qətiyyətlə pislədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

“Pakistan İsrailin Yaxın Şərqdə artan avantürizmini qətiyyətlə pisləyir. Onun mülki şəxslərə qarşı tüğyan edən hücumları və beynəlxalq hüquqa məhəl qoymaması pik həddə çatıb. Biz İsrail təcavüzü qurbanlarının ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı veririk”, – bəyanatda qeyd edilib.