Xəbərlər

Pakistan İsveçrədə keçiriləcək konfransda iştirak etməyəcək

Pakistan İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməyəcək.

“Füyuzat”ın məlumatına görə, İslamabad iyunun 15-16-da İsveçrədə Ukrayna üzrə keçiriləcək konfransda iştirakdan yayınmaq qərarına gəlib.

Xatırladaq ki, İsveçrə hakimiyyəti iyunun 15-16-da Buergenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. İsveçrə Xarici İşlər Federal Departamenti (Nazirliyi) daha əvvəl bildirmişdi ki, Bern G7, G20 və BRİCS ölkələrindən olan 160-dan çox nümayəndə heyətini dəvət edib.

İsveçrə hakimiyyət orqanlarının məlumatına görə, Rusiya dəvət olunanlar arasında yoxdur.