Xəbərlər

Pakistan öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Pakistan bölgədəki son hadisələr və mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Pakistan hökuməti Livanda yaşayan bütün vətəndaşlarını kommersiya uçuşları davam edərkən ölkəni tərk etməyi və növbəti xəbərdarlığa qədər Livana səfərdən çəkinməyi xahiş edib.