Xəbərlər

Pakistan prezidentinin vəziyyəti pisləşib, təcili xəstəxanaya çatdırılıb

Qızdırma və infeksiya əlamətləri ilə xəstəxanaya yerləşdirilən Pakistan prezidenti Asif Əli Zərdarinin səhhəti pisləşib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan KİV-i məlumat yayıb.

Həmçinin Zərdarinin qızdırma və infeksiya şikayətləri ilə qəbul edildiyi Navabşahdakı xəstəxanasında vəziyyətinin pisləşməsindən sonra Kəraçidəki xəstəxanaya göndərildiyi açıqlanıb. Analizlər aparıldıqdan sonra Zərdarinin vəziyyətinin dəqiqləşəcəyi və müalicə prosesinin davam edəcəyi bildirilib.