Xəbərlər

Pakistan qeyri-nüvə müharibələrinə hazırlıqlarını tamamlayıb

Pakistan kütləvi qırğın silahlarından, yəni nüvə və kimyəvi silahlardan istifadə olunmayan müharibələr zamanı silahlı qüvvələrin döyüş qabiliyyətini artıracaq raket qüvvələri yaradıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib.

“Raket qüvvələri ən yeni silahlarla təchiz olunacaq və bu, ordunun döyüş qabiliyyətinin gücləndirilməsində mühüm mərhələ olacaq”, – o əlavə edib.