“Pakistan regionda sülhü və sabitliyi qorumağa çalışır, lakin düşmənə layiqli cavab verməyə də hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr İdarəsinin rəisi general-leytenant Əhməd Şərif Çaudri Pakistanda siyasi partiyaların liderləri üçün keçirdiyi brifinq zamanı deyib.
“Pakistan sülhsevər ölkədir və biz regionda sülh istəyirik. Əgər Pakistana təcavüz təhlükəsi yaranarsa, qoşunlarımız düşmənə layiqli cavab verməyə hazırdır”, – o əlavə edib.
Qeyd edək ki, brifinq zamanı siyasi xadimlərə mövcud təhlükəsizlik vəziyyəti, Silahlı Qüvvələrin əməliyyat hazırlığı və İslam Respublikasının diplomatik səyləri barədə də məlumat verilib.



