Xəbərlər

Pakistan və Hindistan təhlükəsizlik müşavirləri eskalasiya fonunda təmasdadırlar

Pakistanın milli təhlükəsizlik müşaviri Asim Malik mayın 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinin endirdiyi zərbədən sonra iki ölkə arasında gərginliyin artması fonunda hindistanlı həmkarı Ajit Doval ilə danışıb.

“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar “TRT World” telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə 9 hədəfi vuraraq “Sindoor” əməliyyatına başlayıb. Pakistan hava məkanını 48 saat müddətinə bağladığını açıqlayıb və cavab hücumlarına başlayıb.