Xəbərlər

Pakistanda 11 polis öldürülüb

“Pakistanda ümə axşamı günü şərqi Pəncab əyalətində qumbaraatanlarla silahlanmış silahlı şəxslər polis konvoyuna hücum edərək azı 11 polisi öldürüb, 7 nəfəri yaralayıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə AP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Polislər səhra bölgəsində fəaliyyət göstərən quldurları axtarmaq üçün səhrada patrul xidməti apararkən hücuma məruz qalıblar.

Pəncab polisi atəş açanların silahlı deyil, quldur olma ehtimalının olduğunu bildirib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.