Xəbərlər

Pakistanda 25 terrorçu öldürülüb

Pakistan ordusu Xayber əyalətində yerləşən Tirah vadisində antiterror kampaniyası çərçivəsində azı 25 terrorçunu məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələri (ISPR) məlumat yayıb.

Qeyd edilib ki, 2024-cü il avqustun 20-dən başlayaraq Pakistan hərbçiləri ərazini ekstremistlərin mövcudluğundan təmizləmək üçün bir sıra tədbirlər həyata keçirib.

Qarşıdurmalar zamanı 25 terrorçu öldürülüb, 11-i isə yaralanıb.