Pakistanda yağan musson yağışlarının yaratdığı fəlakətlərdə ölənlərin sayı 688 nəfərə çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, Pakistanın şimalındakı Svabi rayonunda güclü musson yağışları nəticəsində Darorai kəndində azı 12 evi su basıb, ən azı 18 nəfər ölüb.
Pakistan ordusunun əsgərləri və yerli könüllülərin dəstəklədiyi xilasetmə qrupları axtarış-xilasetmə işlərini davam etdirir.
Qeyd edək ki, Pakistanda musson yağışları iyunun 26-dan başlayıb.



