Xəbərlər

Pakistanda polis məntəqəsinə hücum nəticəsində 10 nəfər ölüb

Pakistanın Hayber Paxtunxva əyalətində polis məntəqəsinə hücum nəticəsində 10 polis əməkdaşı həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, Pakistanda fevralın 8-də keçiriləcək ümumi seçkilər öncəsi Hayber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonunda polis məntəqəsinə silahlı və bombalı hücum həyata keçirilib.

Polisin verdiyi açıqlamaya görə, hücumda ən azı 10 polisin ölüb, 6 polis yaralanıb.

Polis ərazidəki yolları nəqliyyatın hərəkəti üçün bağlayıb və hadisə yerini mühasirəyə alıb. Hücum edənlərin hadisədən sonra qaçmağı bacardıqları öyrənilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, yanvarın 30-da Bəlucistan əyalətində keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının seçki karvanına hücum nəticəsində 4 nəfər həyatını itirib.