Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Hökumət Başçıları Şurasının 23-cü iclası keçiriləcək. Açılış iclasında iştirak etmək üçün dövlət başçılarının Pakistana gələcəkləri bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Geo TV”məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü il görüşündə Hindistan istisna olmaqla, təşkilata üzv olan bütün ölkələrin hökumət başçıları və ya yüksək vəzifəli şəxsləri iştirak edəcək.
Tədbirin gündəliyinə regional ticarət-iqtisadi əməkdaşlığın inkişafı, ŞƏT-ə üzv ölkələr arasında sosial-mədəni əlaqələrin gücləndirilməsi, eləcə də iqlim dəyişikliyi ilə mübarizə məsələlərinin yer alacağı bildirilib.