Xəbərlər

Papa Fransisk: Ukrayna nizamlanmasında ümidverici əlamətlər görürük

“Roma Papası Fransisk Ukrayna münaqişəsinin nizamlanması prosesində ümidverici əlamətlər görür və münaqişənin 2025-cü ildə bitəcəyinə ümid edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Ümid edirəm ki, 2025-ci ildə bütün beynəlxalq ictimaiyyət Ukraynada üç ilə yaxındır davam edən və mülki insanlar da daxil olmaqla, böyük itkilərə səbəb olan qanlı müharibəyə son qoymaq üçün lazım olan hər şeyi edəcək. Üfüqdə müəyyən ümidverici əlamətlər peyda olub, lakin ədalətli və davamlı sülhə nail olmaq üçün şərait yaratmaq məqsədinə çatmaq üçün hələ çox işlər görülməlidir. Dgər tərəfdən, getdikcə daha konkretləşən dünya müharibəsi təhlükəsi qarşısında diplomatiya hamı ilə, o cümlədən əlverişsiz hesab edilən və ya danışıqlar aparmaq hüququ olmayan həmsöhbətlərlə dialoqu təşviq edilməlidir”, – Papa bildirib.