Xəbərlər

Papa Milad bayramı ərəfəsində Ukrayna probleminin həll olunmasına çağırıb

Roma Papası Fransisk Katoliklərin Milad bayramı ərəfəsində dünyaya qapıları açmağa, Ukrayna və Yaxın Şərqdə silahı yerə qoymağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Papa Fransisk Milad müraciətində deyib.

“Gəlin Ukraynada silahları yerə qoyaq! Ədalətli sülhə nail olmaq üçün dialoqa qapıları açaq. Yaxın Şərqdə silahlarımızı yerə qoyaq. Fikirlərimi xristian icmalarına ünvanlayıram. İsrail və Fələstində, xüsusilə də dəhşətli humanitar vəziyyətin hökm sürdüyü Qəzzada atəşi dayandırın, girovları azad edin, aclıqdan və müharibədən əziyyət çəkən əhaliyə kömək edin”, – o bildirib.