Xəbərlər

Papa Yaxın Şərqdə atəşkəsə çağırış edib

Katoliklərin ruhani lideri və Vatikan Prezidenti Papa Fransisk Qəzzada humanitar vəziyyətin ağır olduğunu bəyan edərək, Yaxın Şərqdə artan münaqişələr fonunda atəşkəsə çağırış edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “ANSA” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Papa avqustun 4-də Vatikanın Müqəddəs Pyotr meydanında hər bazar günü qılınan Angelus namazından sonra tərəflərə müraciət edərək, Yaxın Şərqdə qanlı qarşıdurmaların daha da yayılmamasını istəyib.