Fransa Prezidenti Emmanuel Makronun siyasi addımları və sağ mərkəzçi Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnieri Baş nazir təyin etmək qərarı ilə razılaşmayan mindən çox insan Parisdə Bastiliya meydanı yaxınlığında nümayiş keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS öz mənbələrinə istinadən məlumat yayıb.
“Nümayişdə vəziyyət sakitdir, baxmayaraq ki, xüsusi geyimli polislər Millət meydanı istiqamətində hərəkət edən nümayişçilərin kolonnasını müşayiət edir. Hələlik aksiya heç bir insidentsiz keçirilir. Ümumilikdə, bu şənbə Fransada 50-yə yaxın nümayiş keçirilib. Onlar tələbə təşkilatlarının, eləcə də “İtaətsiz Fransa” partiyasının nümayəndələrinin çağırışı ilə təşkil edilib”, – məlumatda bildirilib.