Fransa paytaxtında 20-yə yaxın məktəb bomba təhlükəsi barədə xəbərdarlıq alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Məlumata görə, təhsil müəssisələrində partlayıcı maddələrin olub-olmaması ilə bağlı yoxlamalar aparmaq üçün ərazilərə qoxu itləri olan qruplar göndərilib. Bununla belə, qeyri-adi heç nə tapılmayıb.
Nəşrin yazdığına görə, məktəblərə gələn yazılı hədələr 12 dəqiqəlik videoçarxla müşayiət olunub.
Qəzet məktəblərə daxil olan mesajlardan da çıxarışlar yayımlayıb. Xüsusilə, bu mesajlardan birinin müəllifləri İŞİD terror qruplaşmasının adından hərəkət etdiklərini iddia ediblər.