“Baş nazir Nikol Paşinyan Avropa İttifaqının (Aİ) rəhbərliyi ilə danışıqlar aparmaq üçün Brüsselə gedib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“İyulun 14-də Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib. Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə üçtərəfli görüş planlaşdırılır. Nikol Paşinyan həmçinin Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos və Belçikanın Baş naziri Bart de Veverlə də görüşəcək”, – Ermənistan Nazirlər Kabinetinin bəyanatında deyilir.